Sizin reklam burada
Sizin reklam burada

“Yuventus” inamlı qələbə qazanıb

Noyabrın 13-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunları keçirilib.
“Yuventus” öz meydanında “Latiso” ilə qarşılaşıb.
Oyunda hesabı matçın 43-cü dəqiqəsində Moise Kean açıb. Fasilədən sonra daha bir qol vuran M.Kean dublunu rəsimləşdirib. 90-cı dəqiqədə isə Arkadiusz Milik son nöqtəni qoyub-3:0. Bu nəticədən sonra "Yuventus" 31 xalla üçüncü, "Latsio" isə 30 xalla bir pillə aşağıda yer alıb.
Qeyd edək ki, turnirə 41 xalla “Napoli” başçılıq edir. “Milan” klubu isə 33 xalla ikinci yerdə qərarlaşıb.
Turun digər görüşlərində isə bu nəticələr qeydə alınıb: "Milan" 2:1 “Fiorentina”, “Monza” 3:0 “Salernitana”, “Roma” 1-1“Torino”, “Verona” 1-2 “Spezia”, “Atalanta”2:3 “İnter”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ