Sizin reklam burada
Sizin reklam burada
  • Ferstappen Şumaxer və Fettelin rekordunu qırıb

    "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen bu mövsüm "Formula 1" üzrə Meksika Qran Prisinin qalibi olaraq bu mövsüm 14-cü qələbəsini qazanıb.
    Beləliklə, 25 yaşlı pilot 2004 və 2013-cü illərdə hərəyə 13 dəfə qalib gələn alman pilotlar Mixael Şumaxer və Sebastyan Fettelin rekordunu qırıb.
    Qeyd edək ki, Meksika Qran Prisi Mexikodakı Rodriges qardaşları adına avtodromda baş tutub. İkinci yeri yeddiqat çempion britaniyalı Lyuis Hemilton (“Mercedes”), üçüncü yeri isə "Red Bull"un digər pilotu meksikalı Serxio Peres tutub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ