Sizin reklam burada
Sizin reklam burada
  • FİFA Hindistanın Futbol Federasiyasının təşkilatda üzvlüyünü dayandırıb

    FİFA Hindistanın Futbol Federasiyasının təşkilatda üzvlüyünü dayandırıb Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.
    Bu barədə FİFA-nın mətbuat xidmətindən bildirilib.
    Qərar yekdilliklə üçüncü tərəflərin qeyri-qanuni təsiri səbəbindən qəbul edilib ki, bu da FİFA nizamnamələrinin ciddi şəkildə pozulması deməkdir.
    Üzvlüyün dayandırılması o deməkdir ki, 2022-ci il oktyabrın 11-dən 30-dək Hindistanda keçiriləcək 17 yaşadək qadınlar arasında 2022-ci il Dünya Çempionatı hazırda həmin ölkədə keçirilə bilməz.
    Xatırladaq ki, martın 31-də konqresin yekunlarına əsasən FİFA Pakistan, Keniya və Zimbabve futbol federasiyalarının üzvlüyünü dayandırıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ