Sizin reklam burada
Sizin reklam burada
  • Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb

    Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb "Mançester Yunayted" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb.
    Bu barədə futbolçu sosial şəbəkələrdə yazıb.
    "Körpəmizin dünyasını dəyişdiyini dərin hüznlə bildirmək məcburiyyətindəyik. Bu, bir valideynin yaşaya biləcəyi ən böyük ağrıdır. Yalnız qızımızın dünyaya gəlməsi bizə bu anı ümid və xoşbəxtliklə yaşamaq üçün güc verir", - deyə K.Ronaldo yazaraq həkimlərə və tibb bacılarına "bütün qayğı və dəstəyə görə" təşəkkür edib.
    Bundan əvvəl Ronaldo ailəsinin əkiz uşaq gözlədiyi barədə məlumat verilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ