Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda qadın həmcinsinin evindən 8 minlik qızıl oğurladı

    Bakının Nizami rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polisə müraciət edən ev sahibəsi sentyabrın 5-də 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
    Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ