Sizin reklam burada
Sizin reklam burada
  • Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

    Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib Yevlax-Zaqatala-Gürcüstan magistralında baş verən qəzada bir nəfər ölüb, yalalılar var.
    Yol-nəqliyyat hadisəsi magistralın Şəkinin Cəfərabad kəndindən keçən hissəsində qeydə alınıb.
    İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü, rayon sakini Ələsgər İbrahimov idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Ələsgər İbrahimov hadisə yerində ölüb. Sərnişin, sürücünün həyat yoldaşı Mehriban İbrahimova Təcili Tibbi Yardım briqadasının köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha bir nəfərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
    Xəstəxanadan bildirilib ki, Mehriban İbrahimovanın vəziyyəti orta-ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
    Baş verən qəza ilə bağlı araşdırmalar aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ