Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıtda usta faciəvi şəkildə öldü - Cinayət işi açıldı

    Atributinfo.az xəbər verir ki, Sumqayıtda usta işlədiyi binadan yıxılaraq ölüb.
    Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
    Hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində qeydə alınıb.
    Tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ