Sizin reklam burada
Sizin reklam burada
  • Şəkidə atdan yıxılan şəxs xəstəxanada öldü

    Atributinfo.az xəbər verir ki, Şəkidə bir həftə əvvəl atdan yıxılan 45 yaşlı kişi xəstəxanada ölüb.
    Şəki Rayon Mərkəzi Xəstəxananasında (RMX) müalicə alan rayonun Daşüz kənd sakini 45 yaşlı Müşfiq Şaban oğlu Şabanov aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
    M. Şabanov sentyabr ayının 2-i atdan yıxılaraq, qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilmişdi.
    Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ