Sizin reklam burada
Sizin reklam burada
  • Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirildi

    Atributinfo.az xəbər verir ki, Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.
    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
    Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
    Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.
    Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.
    Faktla bağlı araşdırma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ