Sizin reklam burada
Sizin reklam burada
  • Samuxda keçmiş məhkum orta məktəb gözətçisinə zor tətbiq edib

    Atributinfo.az xəbər verir ki, Samux rayonunda soyğunçuluq edilib.
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ