Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

    Atributinfo.az xəbər verir ki, Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
    Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
    "Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə baş inspektor bildirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ