Sizin reklam burada
Sizin reklam burada
  • Mənzildən 34 minlik qızıl oğurlayan qadın ələ keçdi

    Atributinfo.az xəbər verir ki, Bakıda mənzildən 34 min 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 min 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
    Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ