Atributinfo.az xəbər verir ki, Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.