Sizin reklam burada
Sizin reklam burada
  • Evlərdən mobil telefon oğurlayan keçmiş məhkumlar saxlanılıb

    Atributinfo.az xəbər verir ki, Nərimanov rayonunda evlərdən mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Vüqar İslamov və Qulu Lətifov saxlanılıblar.
    Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ