Atributinfo.az xəbər verir ki, avqustun 1-də saat 10 radələrində Astara rayonu, Çürkəş kəndində evlərin birində 71 yaşlı Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 46 yaşlı Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində tədbirlər görülür.