Atributinfo.az xəbər verir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə iyulun 18-də rayon ərazisində yerləşən gözəllik salonunda bir qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub. DİN-dən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əlixan Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.