Sizin reklam burada
Sizin reklam burada
  • Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

    Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb Atributinfo.az xəbər verir ki, iyunun 28-i, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
    Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.
    Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
    Nəticəsi barədə əlavə məlumat veriləcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ