Ötən gün Hacıqabul rayon 2-ci Paşalı kəndi ərazisində qəza baş verib. Belə ki, Babayev Məhəmməd İmamverdi oğlu "Opel Zafira" markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb. Avtomobilin aşırması nəticəsində M.Babayev aldığı bədən xəsarətlərindən ölüb, avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan ŞMX-ya daxil olub.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
/atributinfo.az/
