Sizin reklam burada
Sizin reklam burada
  • Qəza zamanı Oqtay Əliyev sükan arxasında olub

    Qəza zamanı Oqtay Əliyev sükan arxasında olub.
    Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş: “Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.
    Faktla bağlı araşdırma aparılır.
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ