Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən iki nəfər saxlanılıb
Hadisə
11-03-2023, 17:47
228
"Atributinfo.az" DSX-nin məlumatına istinadən xəbər verir ki, martın 10- saat 22:00 radələrində Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, qanunsuz yolla Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən 2 Azərbaycan vətəndaşı, 2006-cı il təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü Qədirov Paşa Vüqar oğlu saxlanılıblar.