Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan vətəndaşı İranda müəmmalı şəkildə itib

    Azərbaycan vətəndaşı İranda müəmmalı şəkildə itibİranda yoxa çıxmış Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin tapılması üçün rəsmi qurumlara müraciət olunub.
    "Atributinfo.az" xəbər veiri ki, bunu 26 yaşlı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.
    O, qeyd edib ki, ötən gün Azərbaycanın Almaniyadakı səfirliyinə bu barədə məlumat verib və onların tövsiyəsi ilə də Xarici İşlər Nazirliyinə rəsmi məktub ünvanlayıb.
    Dilarə Əsgərovanın sözlərinə görə, oğlu bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib:
    “Lakin dostlarından öyrəndiyimə görə, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlıdır, sosial şəbəkələrdə görünmür. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən aldığımız məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. Artıq 6 gün keçir”.
    Dilarə Əsgərova onu da qeyd edib ki, oğlunun tanış olduğu xanımın kimliyi barədə tələbə yoldaşlarından məlumat almağa çalışıb, lakin onu tanıyan olmayıb.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ