Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyanın xilasedicilər qrupu Türkiyəyə gəlib

    Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Türkiyəyə gəlib.
    "TASS"ın verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin üç təyyarəsi Adana hava limanına enib: iki "İl-76" və "An-148" təyyarəsi.
    Onlar təbii fəlakət zonasına 100-dən çox xilasedici və həkim, 9 ədəd xüsusi texnika çatdırıblar. Qrupun tərkibinə yaralananlara yardım göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin aeromobil xəstəxanası da daxildir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ