Sizin reklam burada
Sizin reklam burada
  • Neftçalada İran əməliyyatı: saxlanılanlar var

    Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunmasıyla bağlı əməliyyatlar davam edir.
    Bakupost.az-a istinadən xəbər veririk ki, bununla bağlı növbəti əməliyyat ötən gün Neftçala rayonunda keçirilib.
    Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.
    Onların bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
    Qeyd edək ki, ötən gün ölkəmizdə İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib və 7 nəfər saxlanılıb. Saxlanılarlar içərisində "Salamnyus" və "İnteraz"ın əməkdaşları da var.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ