Sizin reklam burada
Sizin reklam burada

Qobustanda şəhid ailəsinin evindən oğurluq edilib

Qobustanda şəhid ailəsinin evindən oğurluq edilib Qobustan rayonunun Nabur kəndində yerləşən şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Müraciət əsasında polis əməkdaşları hadisə yerində olub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ