Sizin reklam burada
Sizin reklam burada
  • Dörd rayonda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb

    Dörd rayonda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
    Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir.
    Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ