Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov rayonun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölüb.
ğındakı mövqelərindən Pirlər kəndi belə görünür -FOTO
Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.
