Sizin reklam burada
Sizin reklam burada
  • Şabranda 16 yaşlı gənc itkin düşdü

    Şabranda 16 yaşlı gənc itkin düşdü Şabranda 16 yaşlı oğlan itkin düşüb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
    S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.
    Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.
    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ