Sizin reklam burada
Sizin reklam burada
  • Bakı sakini küçədə güllələndi

    Bakı sakini küçədə güllələndi Bakıda güllələnmə hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
    Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanmışdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ