Sizin reklam burada
Sizin reklam burada

Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ