Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə mebel sexi və ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Şəmkirdə mebel sexi və ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 1000 m² olan birmərtəbəli mebel salonunun zirzəmisində sahəsi 50 m² olan otağın yanar konstruksiyaları, içərisinə yığılan stol-stul və 3 ədəd döşək yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mebel salonunun lambirindən ibarət tavanı 120 m² sahədə qarsalanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəx mebeli 3 p.m yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ