Sizin reklam burada
Sizin reklam burada
  • Dələduzluq yolu ilə qızıl və avtomobil əldə edən Bakı və Abşeron sakinləri saxlanılıb

    Dələduzluq yolu ilə qızıl və avtomobil əldə edən Bakı və Abşeron sakinləri saxlanılıb Dələduzluq edən Bakı və Abşeron sakinləri saxlanılıb.
    DİN-dən verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayında Maştağa qəsəbə sakini bir qadını aldadıb 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.
    Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb.
    Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də paytaxt sakinləri olan 2 nəfərin hər birindən dələduzluq yolu ilə 2500 manat almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ