Bu barədə parkın əməkdaşı öz sosial hesabında məlumat yayıb. Qeyd edilib ki, iyunun 6-7-də aparılan monitorinq zamanı milli parkın 12 kilometr sahil xətti və ona bitişik 1 kilometrlik ərazidə ölü delfinlərə rast gəlinib.
Ekoloqun sözlərinə görə, hərbi fəaliyyətlər, o cümlədən partlayışlar və sonar sistemlərinin istifadəsi Qara dəniz ekosisteminə ciddi zərər vurur. O bildirib ki, bu proses regionda dəniz biomüxtəlifliyinin davamlı şəkildə zəifləməsinə səbəb olur.
