Bu barədə CNN İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, “Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıq var”.
Qeyd olunur ki, Tehranın nüvə proqramının qismən saxlanılmasını nəzərdə tutan, lakin ballistik raketlər və regional müttəfiqlərlə bağlı məsələləri əhatə etməyən mümkün razılaşma İsrail tərəfindən qəbuledilməz hesab olunur.
İsrail rəsmilərinin sözlərinə görə, danışıqların uğursuzluğa düçar olması və ya uzanması halında eskalasiya ehtimalı real olaraq qalır.
