Sizin reklam burada
Sizin reklam burada
  • Avropa Məhkəməsi Fransanı cərimələyib

    Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransanı cərimələyib.

    Polis Fransa vətəndaşı Kərim Tuili 2011-ci ildə 10 gün ərzində 3 dəfə saxlayaraq yoxlayıb. Oxşar vəziyyətlə Bezansonda yaşayan daha bir neçə nəfər üzləşib. Yerli məhkəmələrdə iddiası tam təmin olunmayan şəxs AİHM-ə müraciət edib.

    AİHM-in qərarında polisin bu davranışı diskriminasiya kimi dəyərləndirilib. Qeyd olunub ki, polisin etnik diskriminasiya xarakteri daşıyan yoxlamaları nadir rastlanan hal deyil. Bəzi hallarda polis yoxladığı şəxsləri təhqir edir.

    Məhkəmənin qərarına əsasən Fransa hökuməti iddiaçıya 3000 avro mənəvi təzminat ödəməlidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ