Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə və Gürcüstan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

    Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Anri Oxanaşvili ilə görüşüb. Görüşdə Gürcüstan ilə Türkiyə arasında təhlükəsizlik sahəsində mövcud güclü tərəfdaşlıq və bu istiqamətdə strateji əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

    Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Bildirilib ki, görüşdə bölgədə təhlükəsizliklə bağlı mövcud çağırışları və onların həlli yollarına diqqət yetirilib və məsələ ətrafında fikir mübadiləsi aparılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ