Türkiyənin bütün ərazisini əhatə edən əməliyyata polis və jandarma ilə yanaşı, sahil mühafizə qüvvələri də cəlb olunub.
Nazir sosial şəbəkədə yazıb: “Limanlarda, ictimai nəqliyyat dayanacaqlarında və şəhərlərarası nəqliyyat stansiyalarında ümumilikdə 420 269 nəfərin şəxsiyyəti yoxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sökülməsi nəzərdə tutulan 4 309 binaya baxış keçirib”.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrasiyanın təşkili ilə məşğul olan 21 nəfəri, o cümlədən 547 qanunsuz miqrantı saxlayıblar.
A.Yerlikaya Türkiyə hüquq-mühafizə orqanlarının bütün hərəkətlərində insan hüquq və azadlıqlarının fundamental prinsiplərini nəzərə aldığını və bunun bütün dünyaya nümunə olduğunu vurğulayıb.
