Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanda çəkisi bir kiloqram olan körpə üzərində ürək əməliyyatı aparılıb

    Qazaxıstanın Çimkənd şəhərində çəkisi 1 kiloqram olan 45 günlük körpə şəhər perinatal mərkəzində mürəkkəb ürək əməliyyatı keçirib.

    Bu barədə Qazaxıstanın Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, körpə 25-ci həftəsində doğulub və ona anadangəlmə ürək çatışmazlığı - açıq arteriya kanalı və tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub.

    Körpə 1 kq çəki alan kimi əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır, lakin stabil olduğunu deyirlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ