Bu barədə Skandinaviya ölkəsinin hökuməti məlumat yayıb. Beləliklə, Stokholmun Kiyevə hərbi yardımının ümumi həcmi bu il 29,5 milyard kron (2,93 milyard dollar), 2022-ci ildən bəri isə təxminən 80 milyard kron (7,95 milyard dollar) təşkil edəcək.
İsveçin müdafiə nazirinin sözlərinə görə, bu, indiyədək Stokholmun Ukraynaya ən böyük hərbi dəstək paketidir.
Yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya, peyk rabitəsi və hərbi dəniz dəstəyi, həmçinin İsveç müəssisələrində istehsal edilən hərbi-sənaye avadanlıqları daxil olacaq.
