Sizin reklam burada
Sizin reklam burada
  • Tbilisidə polisin avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb

    Martın 28-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı Rusiya vətəndaşı Gürcüstan polisinə aid avtomobilini zədələyib. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs, Rusiya vətəndaşı 1995-ci il təvəllüdllü D.K. saxlanılıb.

    Bu barədə Gürcüstan DİN məlumat yayıb.

    Bildirilib ki, mart 28-də Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb.

    Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb.

    Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.

    Cinayət sübuta yetirilərsə, saxlanılan şəxs 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ