Sizin reklam burada
Sizin reklam burada
  • Astana hava limanında bir neçə reys təxirə salınıb

    Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq, Astana Beynəlxalq Hava Limanında bir neçə reys təxirə salınıb.

    Kazinform informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, planlaşdırılan 86 reysdən 8-i təxirə salınıb. Hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.

    Uçuşların təhlükəsizliyini təmin etmək üçün perronun və uçuş-enmə zolağının fasiləsiz təmizlənməsi işləri aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ