Sizin reklam burada
Sizin reklam burada
  • Pakistanın Bəlucistan əyalətində silahlılar 7 avtobus sərnişinini öldürüb

    Pakistanın Bəlucistan əyalətində yeddi avtobus sərnişini terrorçular tərəfindən öldürülüb.

    Naməlum silahlı şəxslər sərnişin avtobusunu saxlayaraq atəş açıblar. Daha sonra onlar avtobusdakı yeddi nəfəri yaxınlıqdakı dağa apararaq güllələyiblər.

    Məlumata görə, avtobus Kvettadan Pakistanın üçüncü ən böyük şəhəri Feysalabada gedirmiş və içərisində 45 sərnişin olub.

    Hücumdan az sonra təhlükəsizlik və polis orqanları ərazini mühasirəyə alıb və axtarış əməliyyatına başlayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ