

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunmuş Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertində deyib. O, Azərbaycan musiqisi və bəstəkarlarından söz açaraq bildirib ki, belə konsertlərin vaxtaşırı təşkili bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalıdır.
Konsert Azərbaycan xalq mahnıları, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Musa Mirzəyev, Tofiq Quliyev, Əşrəf Abbasov, İsmayıl Hacıbəyli, Rauf Hacıyev, Ağabacı Rzayeva kimi azərbaycanlı bəstəkarların, eləcə Klod Debussi, Frederik Şopen, Moris Ravel, Fazil Say kimi digər xalqların bəstəkarlarının əsərləri pianoda, fleytada, klarnetdə ifa olunub.
Konsert pianoçu Səidə Zülfüqarovanın müşayiəti ilə İannis Ksenakis Konservatoriyasının direktoru Qabriel Kabare Moris Ravelin mahnısını ifa edib.
Konsert Fazil Sayın “Qara torpaq” və Tofiq Quliyevin “Qaytağı” musiqilərinin pianoçu Səidə Zülfüqarovanın ifası ilə başa çatıb.
