Sizin reklam burada
Sizin reklam burada
  • Tramp Şon Karranı Məxfi Xidmətin direktoru təyin edib

    ABŞ Prezidenti Donald Tramp Məxfi Xidmətə direktor təyin edib.
    O, bu vəzifəyə şəxsi mühafizəsinin rəhbəri Şon Karranı gətirib.
    Ötən il iyulun 13-də Pensilvaniyanın Batler şəhərində baş vermiş sui-qəsd cəhdi zamanı Trampı qorumaq üçün səhnəyə qaçan agentlərdən biri olan Karranın artıq bu vəzifəyə seçiləcəyi gözlənilirdi.
    Sui-qəsd cəhdi ilə əlaqədar Məxfi Xidmətin direktoru Komberli Çitl istefa verdikdən sonra bu vəzifəni Ronald Rou icra edirdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ