
Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə oteli bürüyüb. Hadisə yerinə şəhər mərkəzi, ətraf kəndlər və qonşu vilayətlərdən çox sayda yanğınsöndürən, AFAD, UMKE və təcili tibbi qruplar, eləcə də helikopterlər göndərilib.
Hazırda oteldə qalanların təxliyəsi davam edir. Bolu valisi Abdülaziz Aydın oteldə təxminən 234 qonağın qaldığını, yanğının restoran olan hissədə başladığını bildirib. Alovların buradan yayıldığını qeyd edən vali, hazırda olan məlumata görə altı nəfərin öldüyü, 31 nəfərin isə yaralandığını deyib. Qeyd edilib ki, ölənlərdən ikisi qorxuya düşərək yüksəklikdən atılma nəticəsində həyatını itirib. Yaralıların ümumi vəziyyəti qənaətbəxşdir.
Ehtiyat tədbiri olaraq yaxınlığındakı oteldə qalanlar da təxliyə edilib. Yanğınla mabarizə davam edir.