Sizin reklam burada
Sizin reklam burada
  • 2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

    2024-cü ildə Türkiyədə baş verən yol nəqliyyat hadisələrinin 53 faizinə motosiklet sürücüləri səbəb olub.
    Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
    Məlumata əsasən, il ərzində Türkiyənin motosikletlərdən daha çox istifadə edilən şəhərlərində bu nəqliyyat vasitəsinin sürücüləri barədə ümumilikdə 2,9 milyona yaxın inzibati xəta protokolu tərtib edilib.
    Nazir bununla bağlı etdiyi paylaşımda motosiklet sürücülərinə səslənərək “Səfərlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil” - sözlərinə yer verib.
    Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə motosikletlərin səbəb olduğu qəzalarda 75 minə yaxın insan ölüb və ya xəsarət alıb.
    Mütəxəssislər ölkədə motosikletlərin sayının sürətlə artmasına diqqət yönəldirlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ