Sizin reklam burada
Sizin reklam burada
  • Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin "HƏMAS" hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.
    Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
    Məlumata əsasən, görüşdə İsrailin Fələstin torpaqlarına, xüsusilə də Qəzza zolağına hücumları, Fələstin anklavına humanitar yardımın adekvat və fasiləsiz çatdırılmasını təmin etmək üçün atılan addımlar, eləcə də bölgədə ədalətli və davamlı sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib.
    Görüş zamanı R.T.Ərdoğan Türkiyənin beynəlxalq diqqəti fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirdiyini bildirib.
    O qeyd edib ki, regional sülhün açarı olan müstəqil Fələstin dövlətinin yaradılması və bölgədə daimi sülhün bərqərar olması üçün hər cür səy göstərilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ