Sizin reklam burada
Sizin reklam burada
  • İsrail ordusu "Əş-Şifa" xəstəxanasında külli miqdarda pul aşkarladı

    İsrail ordusu Qəzza zolağında yerləşən "Əş-Şifa" xəstəxanasında 3 milyon dollara yaxın pul aşkarladığını açıqlayıb.
    Bu barədə İsrail ordusunun "Telegram" kanalında məlumat paylaşılıb.
    Məlumata görə, aşkarlanan vəsait dollar və İordaniya dinarından ibarət olub.
    401-ci briqadanın qüvvələrinin 162-ci diviziyanın komandanlığı altında İsrail Təhlükəsizlik Təşkilatı (ISA) ilə birlikdə xəstəxana əməliyyatı davam etdirdiyi bildirilib.
    Qeyd edək ki, martın 18-də İsrail ordusu "Əş Şifa" xəstəxanasında hərbi əməliyyat keçirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ