Xarici mediaya istinadən xəbər verilir ki, 71 yaşlı Cozef Czuba İsrail-Fələstin münaqişə zəminində müsəlman olduğu üçün qadına və onun 6 yaşlı oğluna bıçaqla hücum edib.
Nəticədə uşaq ölüb, qadın isə yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
