Bu barədə Kubanın xarici işlər naziri Rodrigez Parriya özünün "X" (Tvitter) sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, gecə saatlarında səfirliyin binasına naməlum şəxs tərəfindən 2 Molotov kokteyli atılıb. Səfirlik əməkdaşlarından xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu Kubanın ABŞ səfirliyinə ilk hücum deyil. Bundan əvvəl 2020-ci ildə də Kubanın Vaşinqtondakı səfirliyinə avtomat silahdam atəş açılmışdı.
/atributinfo.az/
