Sizin reklam burada
Sizin reklam burada
  • Avropada qaz təqribən 3 faiz bahalaşıb

    Atributinfo.az xəbər verir ki, Avropada qazın birja qiymətləri təqribən 3 faiz bahalaşaraq, min kubmetrin qiyməti 385 dollara çatıb. "ICE" London birjasının məlumatları bunu təsdiqləyir.
    TTF ("Title Transfer Facility" - Avropanın Niderlandda yerləşən ən böyük habı) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 385,4 dollar olub ki, bu da əvvəlki qiymətlə (374,9 dollar) müqayisədə 2,8% çoxdur.
    Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
    Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ